Modern.az

Baş Klinik Hospitalda toplantı keçirildi

Baş Klinik Hospitalda toplantı keçirildi

Aktual

29 Dekabr 2022, 15:00

Təsdiq edilmiş hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında 2022-ci ilin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qoşun növü tibb xidməti rəisləri, eləcə də tibbi hərbi hissə, müəssisələrin komandir və rəislərinin iştirak etdiyi toplanışda cari ildə Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələr dinlənilib.

 

Qeyd olunub ki, 2022-ci il ərzində bütün hərbi tibb müəssisələrində hərbi qulluqçulara ixtisaslı tibb işçiləri tərəfindən lazım olan hər bir tibbi yardım yüksək səviyyədə göstərilib, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilib.

 

Toplanışda, həmçinin hərbi tibb sahəsi üzrə digər mövzulara dair ətraflı müzakirələr aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?