Özbəkistanda 18 uşağın ölümünə səbəb olan öskürək siropunun istehsalı dayandırılıb.
Modern.az xəbər verir ki, söhbət Hindistana məxsus dərman firmasının "Dok-1 Max" adlı öskürək siropundan gedir.
Hindistan Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatı firmanın ofisində araşdırmalara başlayıb. Şirkətin bütün qanuni icazələrə sahib olduğu bildirilir.
Müəssisənin hüquqşünası Həsən Harris firmanın 10 ildir fəaliyyət göstərdiyini və problemin araşdırılacağını vurğulayıb.
Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi 18 uşağın ölümünə səbəb siropun Hindistana məxsus olduğunu açıqlayıb.