Modern.az

Bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ 

Bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ 

Aktual

30 Dekabr 2022, 09:13

Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə dekabrın 29-da rayonun Körpüqıran kəndində qeydə alınıb.

 

Belə ki, Körpüqıran kənd sakinləri - 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü Həsənova Asimə Ələkbər qızı, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Həsənova Fatma Mətiş qızı və 1983-cü il təvəllüdlü Həsənov Aqil Azər oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?