Modern.az

Kəlbəcər YAP-da həmrəylik günü qeyd edilib

Kəlbəcər YAP-da həmrəylik günü qeyd edilib

Aktual

30 Dekabr 2022, 08:45

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon təşkilatının aparat işçiləri, partiyanın veteren və fəal üzvləri iştirak ediblər. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən, partiyanın keçdiyi 30 illik yoldan geniş danışıb. O, bildirib ki, böyük ictimai-siyasi xadim xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursu bu gün də ölkə prezidenti müzəffər Ali Baş Komandan, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən məharətlə və müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilir.

 

Həbib Misirov 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin sevincindən danışaraq xalqımızın tarixində ən parlaq səhifə olduğunu bildirib. Məhz bu qələbənin əldə olunmasında İlham Əliyevin böyük sərkərdəlik məharəti və xalqın ona inamı əsas yer tutub.


YAP-ın üzvü Məhiyəddin Abdurəhmanov partiyanın yarandığı vaxtla müasir dövrünü müqayisə edərək əldə olunan uğurlardan, müstəqilliyin qorunub saxlanmasından və dövlətçiliyin möhkəmlənməsindən ətraflı danışdı. O, bildirdi ki, Zəfər qələbəsi ölkəmiz üçün vacibliyi ilə yanaşı, yeni reallıqlar da yaradıb.

 

Tədbirdə partiyanın üzvləri Tofiq Əhmədov, Raqif Səmədov, Kamran Nəsibov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının son 19 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlu nəticələrindən, ölkəmizdə aparılan islahatlardan, iqtisadi nailiyyətlərdən danışıblar.Cənab İlham Əliyevin apardığı uğurlu siyasət xalqın mənafeyinə, dövlətin milli maraqlarına xidmət edir. Buna görə də Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq, daxili münaqişələrdən, təlatümlərdən uzaqdır. Ölkədə xalq-iqtidar birliyi mövcuddur.
Çıxış edənlər bildirdilər ki, indi ölkəmizdə Böyük Qayıdışa dair dövlər proqramları həyata keçirilir. Yaxın zamanlarda digər məcburi köçkünlər kimi biz Kəlbəcərlilər də doğma dədə-baba torpaqlarımıza qayıdacağıq. Bunun üçün ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk və aparılan uğurlu siyasəti bəyənir və dəstəkləyirik.

 

Sonda rayonun ictimai-siyasi həyatında uzun illər fəallıq göstərmiş partiya üzvlərinə Fəxri Fərmanlar təltif olunub. 

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?