Bu il DOST Agentliyinə 620 minə yaxın müraciət daxil olub.
Modern.az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ümumilkdə isə bu günə qədər agentliyə daxil olan müraciətlərin sayı 1 milyon 270 mindən çoxdur.
"Bu il həmçinin 142 çağrı mərkəzi tərəfindən 1 milyon 548 min nəfər vətəndaşın müraciəti cavablandırılıb. İl ərzində şəhid ailə üzvləri, Vətən mühaibəsi dövründə xəsarət alan hərbi qulluqçu və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən Vahid Əlaqələndirmə Mərkəzi tərəfindən 220 mindən çox müraciət qeydə alınıb", - qurum rəsmisi əalvə edib.