Modern.az

Vardanyan “France 24” kanalında hədyanlar danışdı

Vardanyan “France 24” kanalında hədyanlar danışdı

Aktual

30 Dekabr 2022, 12:42

Fransanın aparıcı telekanalı “France 24” Qarabağ separatçılarını dəstəkləməyə davam edir.

Modern.az xəbər verir ki, özünü Qarabağ separatçılarının “dövlət naziri” adlandıran milyarder Ruben Vardanyan növbəti dəfə  “France 24” telekanalına müsahibə verib.

Vardanyan telekanalın efirindəki çıxışı zamanı bütün fransızlara, eləcə də Fransa hökumətinə təşəkkür edib.

O, Azərbaycan əleyhinə hədyanlar səsləndirib, Laçın yolunun bağlanmasından danışıb, Qarabağ ermənilərinin “humanitar fəlakət”lə üzləşdiyini vurğulayıb.

“Bütün çətinliklərə baxmayaraq, biz birləşmişik və özümüzü çox güclü hiss edirik. Azərbaycanın bizə göstərməyə çalışdığı bütün təzyiqlərə baxmayaraq, biz müqavimət göstəririk və yalnız bu blokada şəraitində güclənirik”, - deyə Vardanyan qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?