Modern.az

Gözəllik müsabiqəsinin qalibini tituldan məhrum etdilər

Gözəllik müsabiqəsinin qalibini tituldan məhrum etdilər

Aktual

30 Dekabr 2022, 14:50

“Miss Qazaxıstan” müsabiqəsinin təşkilat komitəsi “Miss Kainat Qazaxıstan 2022” titulunun qalibi Diana Taşimbetovanı diskvalifikasiya edib.

 

Modern.az xəbər verir ki, bu barədə milli gözəllik müsabiqəsinin təşkilat komitəsinin rəsmi məlumatında deyilir.


"Müsabiqəni və onun iştirakçılarını gözdən salmaq istəyi ilə yazılmış böhtan dolu yazının dərcinə görə, biz builki finalçı Diana Taşimbetovanı "Kainat gözəli Qazaxıstan - 2022" titulundan məhrum edirik. Diananın sözləri təkcə təşkilat komitəsinin üzvlərinə və onun partnyorlarına deyil, həm də yarışın digər iştirakçılarına əsassız yerə palçıq atmaq məqsədi daşıyır. Biz hesab edirik ki, bu, başqalarına qarşı böyük hörmətsizlik və başqalarının əməyinin dəyərsizləşməsidir”, - məlumatda deyilir.


Təşkilatçıların sözlərinə görə, final şousuna, PR kampaniyasına, Diana Taşımbetovanın müsabiqədə iştiraka hazırlanmasına və imicinin inkişafına külli miqdarda pul və zəhmət sərf olunub və onun göstərdiyi hörmətsizlik belə bir insanın ölkənin “Miss” titulunu daşımağa layiq olmadığını göstərir.


Bir müddət əvvəl "Miss Qazaxıstan - 2022"nin finalçısı Diana Taşimbetova gözəllik müsabiqəsinin təşkilatçılarından şikayətlənib. Deyib ki, "Miss Qazaxıstan"ın təşkilat komitəsi onun 2023-cü ilin yanvarında getməli olduğu "Miss Universe" müsabiqəsində iştirakını maliyyələşdirməkdən imtina edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?