Modern.az

Nağdsız ödənişə görə ƏDV-nin geri qaytarılan hissəsi ARTIRILDI

Nağdsız ödənişə görə ƏDV-nin geri qaytarılan hissəsi ARTIRILDI

Aktual

30 Dekabr 2022, 15:24

Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5%-i geri qaytarılacaq.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılıb, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?