Modern.az

Üzeyir Hacıbəyovun heykəlinə yad cisim atılması araşdırılır 

Üzeyir Hacıbəyovun heykəlinə yad cisim atılması araşdırılır 

Aktual

3 Yanvar 2023, 00:37

Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.

 

Məsələ ilə bağlı polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, görüntülərlə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...