Modern.az

“Taxıl dəhlizi” ilə nə qədər məhsul ixrac edilib?

“Taxıl dəhlizi” ilə nə qədər məhsul ixrac edilib?

Aktual

3 Yanvar 2023, 16:29

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 16,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

 

Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 620 gəmi Ukrayna limanlarını tərk edib.

 

Yeni il tətillərində Ukraynanın ərzaq məhsulları ilə dolu daha 9 gəmisi Odessa limanlarından yola salınıb. Gəmilərin göyərtəsində 432 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa və Afrika ölkələrinə göndərilib.

 

Hazırda Odessa limanlarında 19 gəmi emal mərhələsindədir.

 

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?