Modern.az

Sülhməramlıların daha 6 maşını aksiya ərazisindən keçdi 

Sülhməramlıların daha 6 maşını aksiya ərazisindən keçdi 

Aktual

3 Yanvar 2023, 21:32

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 5 təminat və 1 minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru maneəsiz keçməsinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

 

Qeyd edək ki, gün ərzində ümumilikdə sülhməramlılarına məxsus 26 avtomobil ərazidən maneəsiz keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?