Modern.az

Ronaldo ərəb klubundan fantastik maaş ALACAQ

Ronaldo ərəb klubundan fantastik maaş ALACAQ

Aktual

4 Yanvar 2023, 12:19

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olunan məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun alacağı məvaciblə bağlı məlumat yayılıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-rəsmi məlumata görə, 37 yaşlı hücumçu ildə 200 milyon avro qazanacaq.

Xatırladaq ki, Ronaldo 4 gün əvvəl - ötən il dekabrın 31-də "Əl-Nəsr" klubu ilə 2,5  illik müqavilə imzalayıb.

Klub dünən rəsmi şəkildə forvardı azarkeşlərə təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!