Modern.az

Bakıdakı bayram yarmarkaları YIĞIŞDIRILDI

Bakıdakı bayram yarmarkaları YIĞIŞDIRILDI

Aktual

4 Yanvar 2023, 11:55

Yeni il bayramı ilə əlaqədar paytaxtımızın bir sıra ərazilərində təşkil olunmuş bayram yarmarkaları yekunlaşıb.

 

Modern.az xəbər verir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təsdiq olunmuş dislokasiyalara uyğun olaraq əsas etibarilə metro stansiyalarının yaxınlığındakı yarmarkaların fəaliyyət göstərdiyi çadırlar dekabrın 3-dən etibarən quraşdırılmışdı.

 

Bakı Şəhər Ticarət və Xidmət Departamenti ənənəvi olaraq paytaxt sakinləri və qonaqlar üçün bayram məhsullarının satışını təşkil edib.

 

Yarmarkaların yaradılmasında əsas məqsəd şəhər əhalisinin bayram məhsullarına olan tələbatının daha asan yolla ödənilməsidir.

 

Yarmarkanın əsas özəlliyi ondan ibarət idi ki, buradakı məhsulların qiyməti digər satış yerlərinə nisbətən daha münasibdir.

 

Bayram yarmarkaları əsasən 28 may, Gənclik və digər metro stansiyaların ətrafında yaradılmışdı.

 

Burada ziyarətçilərə Yeni il atributları, müxtəlif ölçüdə yolkalar, həmçinin onların bəzənməsi üçün lazım olan oyuncaqlar, hər növ suvenir və digər bayram rəmzləri təqdim edilirdi.

 

Yarmarkanın keçirildiyi müddətdə bura yerli vətəndaşlarla yanaşı, xarici qonaqların da marağı müşahidə olunurdu. Alıcılar ən çox sadə yolkaları almağa üstünlük verirdilər. Alıcılar isə məhsulların qiymətlərinin münasibliyindən məmnunluqlarını bildirirdilər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?