Modern.az

Xocavənd qəsəbəsində sakinlərlə qəbul keçirilib - FOTOLAR

Xocavənd qəsəbəsində sakinlərlə qəbul keçirilib - FOTOLAR

Aktual

5 Yanvar 2023, 16:28

Yanvarın 5-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 500 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsi haqqında danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış bu Zəfər Günü düşmənə eyni zamanda onun havadarlarına verilmiş qətiyyətli bir dərsdir. Natiq çıxışı zamanı qeyd etmişdir ki, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Başçı tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Qarabağda yenidənqurma işlərinə strat verildiyini və keçən müddət ərzində işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti quruculuq işlərinin sistemli şəkildə davam etdiyini qeyd edib.

 

Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?