Qırğızıstanın şimalında yerləşən İssık-Kul gölü donub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə temperatur mənfi 30 dərəcəyədək aşağı düşüb.
Yerli sakinlər hazırkı vəziyyətdən narahatdırlar. Adətən İssık-Kul gölü buz bağlamır. Sakinlər bu il tamamilə fərqli mənzərə ilə qarşılaşıblar və mövcud durum onları ciddi narahat edir.
Qeyd edək ki, İssık-Kul planetin ən dərin gölləri sırasında yeddinci sırada yer alır.