Modern.az

Allahın nurunu söndürə bilməzlər! - Türkiyə səfiri

Allahın nurunu söndürə bilməzlər! - Türkiyə səfiri

Aktual

23 Yanvar 2023, 11:20

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı İsveçdə aksiya zamanı Quranın yandırılmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.

 

"Biz "yaşayan bir Quran" olmuş Peyğəmbərin ümmətiyik. Sizin kimi inkarçılar və azğınlar Həzrəti Adəmdən (a.s.) bəri həmişə olub. Amma Allahın nurunu heç bir insan söndürə bilməyib və söndürə bilməyəcəkdir!", - deyə diplomat qeyd edib.

 

Xatırladaq ki, ötən həftə İsveçin paytaxtı Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada Quran yandırılıb və bu, böyük etirazlar doğurub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı