Modern.az

Bu şəxslər Ukraynadan çıxa bilməyəcəklər

Bu şəxslər Ukraynadan çıxa bilməyəcəklər

Aktual

24 Yanvar 2023, 13:20

Ukrayna Prezidentinin saytında xaricə getməsi qadağan olunan vəzifəli şəxslərin siyahısı dərc olunub.

 

Modern.az Ukrinform agentliyinə istinadən xəbər verir ki, Prezident Volodimir Zelenski məmurların, hüquq-mühafizə orqanları əməkdaşlarının və bir sıra digər vəzifəli şəxslərin dövlət işləri istisna olmaqla, xarici ölkələrə getməsini, yaxud məzuniyyətə çıxmasını qadağan edən fərman imzalayıb.

 

Ukrayna prezidenti, həmçinin Təhlükəsizlik Xidmətinə bütün dövlət orqanlarının xarici səfərlər üçün verdiyi qərarların qanuniliyini yoxlamağı tapşırıb.

 

Qeyd edək ki, qadağa fonunda ilk istefa yanvarın 23-də baş verib. Baş prokurorun müavini Oleksi Simonenko Zelenskinin xaricə səfərlərdən, kurortlara getməkdən imtina edilməsi barədə tələbinə baxmayaraq, məzuniyyətinin on gününü İspaniyanın Marbella şəhərində keçirdiyi üçün vəzifəsindən azad olunub.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir