Modern.az

ABŞ İrəvan və Bakı arasında birbaşa dialoqun bərpasını İSTƏYİR

ABŞ İrəvan və Bakı arasında birbaşa dialoqun bərpasını İSTƏYİR

Aktual

25 Yanvar 2023, 09:44

ABŞ Dövlət Departamenti ümid edir ki, İrəvan və Bakı arasında birbaşa dialoq bərpa olunacaq və bu, fikir ayrılıqlarına səbəb olan məsələlərin həllinə gətirib çıxaracaq.

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.


"Ümid edirik ki, dialoq vasitəsilə davamlı sülhə nail olmaq mümkün olacaq. Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələri davam etdiririk", - Prays əlavə edib.


O qeyd edib ki, Amerika tərəfi bölgədəki vəziyyəti yaxşı bilir və müxtəlif narahatlıqları var, o cümlədən Laçın dəhlizi ilə bağlı problemdən xəbərdardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir