Modern.az

ETSN və FAO arasında ətraf mühitlə bağlı müzakirə

ETSN və FAO arasında ətraf mühitlə bağlı müzakirə

Aktual

25 Yanvar 2023, 10:44

ETSN və FAO arasında ətraf mühit məsələləri müzakirə olunub.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə icraçı nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Görüş zamanı ETSN və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır