Modern.az

“Aztelekom”un baş direktoru vəzifəsindən AYRILDI

“Aztelekom”un baş direktoru vəzifəsindən AYRILDI

Aktual

25 Yanvar 2023, 11:36

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller tutduğu vəzifəni tərk edib.

 

Modern.az xəbər verir ki, o, öz təşəbbüsü ilə səhhətində yaranan problemə görə işindən ayrılıb.

 

Qeyd edək ki, 2016-2020-ci illərdə “Azerfon” MMC-nin icraçı direktoru kimi çalışan Klaus Müller, 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə “Aztelekom” MMC-nin baş direktoru təyin olunmuşdu.

 

Hazırda bu vəzifənin müvəqqəti icrası “Yüksəliş” müsabiqəsinin iştirakçısı Elçin Niyazova tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir