Modern.az

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru işdən çıxdı

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru işdən çıxdı

Aktual

25 Yanvar 2023, 11:48

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işdən çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fariz Cəfərov özü məlumat yayıb.

 

Qeyd edək ki, F.Cəfərov 10 il agentlikdə müxtəlif vəzifələrdə çalışıb. Eks-direktor pandemiya vaxtında SMS icazə sistemi, COVİD pasportlarının ticarət obyektləri, restoran və digər obyektlərdə oxunması üçün yaradılan layihələrə rəhbərlik edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir