Modern.az

İƏT-in növbəti sammiti Özbəkistanda keçiriləcək

İƏT-in növbəti sammiti Özbəkistanda keçiriləcək

Aktual

25 Yanvar 2023, 11:56

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşü bu ilin noyabrında Özbəkistanda keçiriləcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə İƏT-in Baş katibi Hüsrev Nazirinin görüşündə qeyd edilib.

 

Bildirilib ki, sammitin gündəliyinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, 1985-ci ildə yaradılan və Türkiyə, Pakistan, İran, Əfqanıstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın, Şimali Kipr Türk Respublikasının isə müşahidəçi üzv olduğu İƏT Dövlət Başçıları Zirvəsi iki ildən bir keçirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı