Modern.az

Bakıda oğru qadın saxlanıldı

Bakıda oğru qadın saxlanıldı

Aktual

25 Yanvar 2023, 11:54

Bakıda mağazalardan və gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1550 manat, sənəd, bank kartları və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir