Modern.az

Azərbaycanda həkim və tibbi heyətin sayı AÇIQLANDI

Azərbaycanda həkim və tibbi heyətin sayı AÇIQLANDI

Aktual

25 Yanvar 2023, 12:30

Azərbaycanda 32 min nəfər ixtisaslı həkim var.

 

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib.

 

“Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur”, - deyə qurum rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3,2 təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir