“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi barədə çox danışılıb. Biz bunu yenə iş planına salmışıq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, sözügedən qanun qəbul edilməlidir: “Ümid edirik ki, bu sessiyada qanunu qəbul edəcəyik. Bu qanunun önəmini çox demişik”.