Modern.az

Elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanıldı

Elektrik cərəyanı ilə balıq ovlayanlar saxlanıldı

Aktual

25 Yanvar 2023, 12:56

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıb.

 

Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...