Modern.az

Hacıqabulda şəhid Vüqarın xatirəsi anıldı

Hacıqabulda şəhid Vüqarın xatirəsi anıldı

Aktual

25 Yanvar 2023, 13:03

Hacıqabul rayonunun Navahı qəsəbəsində anadan olmuş, 25 yanvar 2015-ci tarixdə Gədəbəy rayonunda döyüş postunda olarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalmış Qasımov Vüqar Rasim oğlunun xatirəsi vəfatının ildönümündə məzarı önündə anılıb.

 

Modern.az xəbər verir ki, xatirə tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.

 

Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülüb. Anım mərasimdə iştirak edənlər tərəfindən Şəhidin valideynlərinə baş sağlığı verilərək, şəhidlərinin göstərdikləri qəhrəmanlıqlardan söhbət açılıb.

 

Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışılıb. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.

 

Sonda şəhidlərin ruhuna dualar oxunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir