Polşa yaxın bir neçə həftə ərzində Ukraynaya "Leopard" tanklarını təhvil verməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Polşa milli müdafiə nazirinin müavini Voytsex Skurkeviç bildirib.
Nazir müavini xatırladıb ki, Polşa Ukraynaya 14 ədəd “Leopard 2” tankından ibarət bir bölük verməyə hazırdır.
Bazar ertəsi Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, ölkə Almaniyadan “Leopard 2” tanklarının Ukraynaya təhvil verilməsi üçün icazə istəyib. Daha əvvəl Polşa rəhbərliyi Ukraynaya 14-ə qədər “Leopard 2” tankını təhvil verməyə hazır olduğunu bildirib.
Almaniyanın müdafiə naziri Boris Pistorius isə deyib ki, “Leopard”ların Ukraynaya çatdırılması martın sonunda həyata keçirilə bilər. "Düşünürəm ki, biz tanklarımızı bəlkə martın sonunda təhvil verəcəyik", - Pistorius bildirib.
Onun mətbuatla ünsiyyəti Almaniyanın Welt telekanalı tərəfindən canlı yayımlanıb.