Modern.az

Əli Nağıyev Fəxri Abasovu TƏLTİF ETDİ

Əli Nağıyev Fəxri Abasovu TƏLTİF ETDİ

Aktual

26 Yanvar 2023, 14:58

Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri Fəxri Abasov 60 illik yublieyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev tərəfindən Fəxri Fərmanla təltif edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin rəsmi "Facebook" hesabında paylaşım edilib.

 

"Bu gün Birliyimizin sədri, müharibə veteranı, xüsusi xidmət orqanlarında şərəfli zabit yolu keçmiş Fəxri müəllim Abasovun 60 yaşı tamam olmuşdur! Bu münasibətlə Fəxri müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, ailə səadəti və can sağlığı arzu edirik! "Alyans" inkişafı üçün fəaliyyətində ardıcıl uğurlar diləyirik.

 

Bu gün Fəxri müəllim Abasov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, cənab general-polkovnik Əli Nağıyev tərəfindən Fəxri Fərmanla təltif edilmişdir", - deyə paylaşımda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir