Modern.az

Nazir Rana Karadşeh ilə görüşüb

Nazir Rana Karadşeh ilə görüşüb

Aktual

26 Yanvar 2023, 16:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşüb.

 

Modern.az xəbər verir ki, örüş zamanı Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, həmçinin aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir