Modern.az

ÜST sabah koronavirusla bağlı qərar verəcək

ÜST sabah koronavirusla bağlı qərar verəcək

Aktual

26 Yanvar 2023, 16:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə hal kimi davam edib-etmədiyini müəyyənləşdirmək üçün toplantı keçirəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

 

Bildirilib ki, iclas yanvarın 27-yə müəyyən edilib. Bu, təşkilatın COVID-19-la bağlı fövqəladə komitəsinin 14-cü iclası olacaq.

 

Xatırladaq ki, COVID-19 infeksiyası 2020-ci ildə pandemiya elan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir