Modern.az

Səfirliyə 2 uşağı ilə daxil olub - Tehran polisindən açıqlama

Səfirliyə 2 uşağı ilə daxil olub - Tehran polisindən açıqlama

Aktual

27 Yanvar 2023, 11:28

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə Tehran Polisinin rəisi Sərdar Hüseyn Rəhimi məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycan səfirliyi bu barədə məlumatlandırılıb.

 

"Həmin şəxs Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Bu gün səhər saatlarında olan hadisədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxs dərhal həbs edilib və onun barəsində istintaq davam edir", - deyə o söyləyib.

 

Polis rəisinin iddiasına görə, şübhəli şəxs iki azyaşlı övladı ilə səfirliyə daxil olub və ilkin dindirilmə zamanı motivin şəxsi və ailə problemləri olduğunu bildirib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

 

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir