Modern.az

Lavrov Ceyhun Bayramova zəng edib - YENİLƏNİB

Lavrov Ceyhun Bayramova zəng edib - YENİLƏNİB

Aktual

28 Yanvar 2023, 07:55

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, xarici işlər naziri Sergey Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

 

Nazir Ceyhun Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasının qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.

***

00:36

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Lavrov Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü