Modern.az

ATƏT sədri Azərbaycan səfirliyinə hücumu pislədi

ATƏT sədri Azərbaycan səfirliyinə hücumu pislədi

Aktual

28 Yanvar 2023, 08:10

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə B.Osmani tviter hesabında bildirib.

 

O, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu qeyd edib.

 

ATƏT-in fəaliyyətdə olan sədri silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!