Modern.az

İsveçrə Azərbaycana başsağlığı verdi

İsveçrə Azərbaycana başsağlığı verdi

Aktual

28 Yanvar 2023, 09:05

İsveçrə Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycana başsağlığı verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi "Facebook" səhifəsində yazıb.

 

"Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində bir əməkdaşın həlak olması, ikisinin yaralanması ilə bağlı İsveçrənin Bakıdakı səfirliyi dərin hüznlə baş sağlığı verir və yaralılara tezliklə sağalmağı arzulayır", - paylaşımda deyilir.

 

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı