Modern.az

Oğru “isti izlərlə” saxlanıldı

Oğru “isti izlərlə” saxlanıldı

Aktual

28 Yanvar 2023, 09:26

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd ərazisində yerləşən mağazadan oğurluq edən şəxs “isti izlərlə” saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, rayonun Aşağı Mehrablı kəndində yerləşən mağazaya naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olaraq həmin obyektdən oğurluq etməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Pənah Həsənli “isti izlərlə” saxlanılıb. Onun danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsulları oğurlayaraq zərərçəkmişə müəyyən miqdarda ziyan vurduğu müəyyən edilib.

 

Əşyaların bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı