Modern.az

10 kiloqramdan çox narkotik aşkarlandı

10 kiloqramdan çox narkotik aşkarlandı

Aktual

28 Yanvar 2023, 11:12

Polis əməkdaşlarının yanvarın 27-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 3,6 kiloqramdan çox marixuana olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı