Abba Eban Beynəlxalq Münasibətlər və Diplomatiya İnstitutunun direktoru, İsrailin BMT və Böyük Britaniyadakı keçmiş səfiri Ron Prosor Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını qınayıb.
Modern.az xəbər verir ki, bu barədə tvitter hesabında paylaşım edən israilli diplomat Azərbaycan xalqına dəstəyini ifadə edib.
“Bu çətin zamanda biz çiyin-çiyinə sizin yanınızdayıq” , - o yazıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.