Modern.az

Şamil Ayrımdan başsağlığı məktubu

Şamil Ayrımdan başsağlığı məktubu

Aktual

28 Yanvar 2023, 12:58

Şamil Ayrım azərbaycanlı həmkarı Əhliman Əmiraslanova başsağlığı verib.

 

Modern.az xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova məktub göndərərək, Azərbaycan Respublikasının İran İslam Respublukasındakı səfirliyinə edilən xain terror basqınını pisləyib, bu hadisəni beynəlxalq hüququn prinsplərinin, Vyana konvensiyasının pozulması kimi dəyərləndirib.

 

Şamil Ayrım diplomatik korpusa edilmiş silahlı basqın nəticəsində həlak olan qəhrəmanın əziz xatirəsini yad etdiklərini, Azərbaycan xalqına və onun ailəsinə başsağlığı verdiklərini bildirib. “Bütün Azərbaycan xalqı, türk dünyası Tehranda Azərbaycan səfirliyinə edilən xain silahlı basqın, teror nəticəsində qəhrəmancasına həlak olan Orxan Əsgərovun əziz xatirəsini yad edir, yaralanlara şəfa diləyir. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq!" – məktubunda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı