Modern.az

Türkiyə səfirindən Orxan Əsgərovun dəfni ilə bağlı PAYLAŞIM

Türkiyə səfirindən Orxan Əsgərovun dəfni ilə bağlı PAYLAŞIM

Aktual

30 Yanvar 2023, 17:30

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olmuş mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun dəfn mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Şəhid Orxan Əsgərov qardaşımızı dualarla yola saldıq", - deyə türkiyəli diplomat yazıb.

 

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib. Mərhum bu gün torpağa tapşırılıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı