Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 827 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, hazırda 228 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 634, ümumilikdə 7 485 294 test icra olunub.
