Modern.az

Qrip zamanı uzanmamağın ölümcül TƏHLÜKƏSİ

Qrip zamanı uzanmamağın ölümcül TƏHLÜKƏSİ

Aktual

31 Yanvar 2023, 08:30

“Qrip zamanı yanlış müalicə və vaxtında həkimə müraciət edilməməsi nəticəsində yaranan fəsad ölümlə nəticələnə bilər”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “INVITRO” Ural klinikasının terapevti Marina Konstantinova deyib.

 

Onun sözlərinə görə, fəsadlara ağır tənəffüs çatışmazlığı, ümumiləşdirilmiş viral infeksiya (patogenlərin bütün orqanizmə yayılması), bakterial infeksiyanın da qoşulması və ya xroniki xəstəliklərin kəskinləşməsi daxildir.

 

Həkim qeyd edib ki, qripdə yataq rejiminə riayət olunmazsa, iki-üç həftə sonra infarkt baş verə bilər:

 

“Böyük fiziki fəaliyyətlə virus sürətlə qanda yayılır və qan damarlarının divarlarının iltihabına, bəzən isə ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bu, qanın laxtalanmasında dəyişikliyə səbəb olur. Virus insult və infarktın inkişafına kömək edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!