Modern.az

Ötən gün 14 kq-dan çox narkotik dövriyyədən çıxarıldı

Ötən gün 14 kq-dan çox narkotik dövriyyədən çıxarıldı

Aktual

31 Yanvar 2023, 10:34

Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,7 kiloqramdan artıq heroin, 2,6 kiloqramdan çox marixuana, 35 qram həşiş, həmçinin 320 qramdan çox metamfetamin olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!