Modern.az

Ermənistanda yüksək vəzifəli şəxs istefaya gedir

Ermənistanda yüksək vəzifəli şəxs istefaya gedir

Aktual

31 Yanvar 2023, 10:40

Ermənistan parlamentinin aparat rəhbəri Vaan Naribekyan vəzifəsini tərk edir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, Naribekyan yaxın günlərdə istefa verəcək.

 

“Joğovurd” qəzetinin yaydığı məlumata görə, parlamentin hakim “Mülki müqavilə” fraksiyası yanvarın 30-da qapalı iclas keçirib. Toplantıda bir sıra məsələlər müzakirə olunub və parlamentin aparat rəhbərinin vəzifəsindən uzaqlaşdırılması qərara alınıb. Lakin bunun səbəbi açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!