Modern.az

Vilayət Eyvazovla görüşmək istəyənlərin nəzərinə!

Vilayət Eyvazovla görüşmək istəyənlərin nəzərinə!

Aktual

31 Yanvar 2023, 15:28

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il fevral ayının 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

 

Modern.az xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.02.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

 

Vilayət Eyvazov bu tarixdə vətəndaşları qəbul edəcək

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı