Modern.az

Azərbaycanın qaytardığı erməni hərbçinin cəsədindən sənəd tapıldı

Azərbaycanın qaytardığı erməni hərbçinin cəsədindən sənəd tapıldı

Aktual

31 Yanvar 2023, 16:40

Yanvarın 27-də Azərbaycan tərəfinin İrəvana təhvil verdiyi erməni hərbçinin cəsədi üzərindən sentyabr döyüşləri nəticəsində itkin düşmüş Vahe Torosyanın hərbi bileti tapılıb.

Modern.az xəbər verir ki, bu barədə mərhumun atası Aram Torosyan “News.am” müxbirinə müsahibəsində bildirib.

Ona deyilib ki, cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi ilə bağlı cavab bir-iki günə məlum olacaq.

“Bədən sadəcə tanınmazdır. Onun telefonu və hərbi bileti var idi, amma hər halda DNT ekspertizanın cavablarını gözləyirik”.


Hərbçi cəsədinin qalıqları Azərbaycanla sərhəddəki Nerkin Hand kəndi istiqamətindən çıxarılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?