Modern.az

Türkiyəli nazir Azərbaycana GƏLİR

Türkiyəli nazir Azərbaycana GƏLİR

Aktual

2 Fevral 2023, 12:38

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez Azərbaycana səfərə gələcək.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi nazirlik məlumat yayıb.

 

Bildirilib ki, nazir sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Şuranın 9-cu toplantısında iştirak edəcək.

 

Məlumata görə, nazirin Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı