Modern.az

Hulusi Akar Zəngəzur dəhlizindən DANIŞDI: Faydalı olacaq

Hulusi Akar Zəngəzur dəhlizindən DANIŞDI: Faydalı olacaq

Aktual

2 Fevral 2023, 15:24

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizi haqqında danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Qarsda keçirilən "Qış-2023" təlimlərinin son günündə çıxış edərkən bu mövzuya toxunub. 

 

"Zəngəzur dəhlizinin açılması hamıya faydalı olacaq. Dəhlizin açılması bölgədə stabilliyin və sülhün təmin olunmasına kömək edər", - deyə Akar söyləyib.

 

Nazir, həmçinin Ukraynadakı müharibədən danışıb və Türkiyənin savaşın başa çatması üçün əlindən gələni etdiyini, böhranın qarşısını almağa çalışdığını qeyd edib: "Bu günə qədər taxıl dəhlizi vasitəsilə 19 milyon tondan artıq taxıl nəql olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi