Modern.az

Çin Türkiyəyə 200 min dollar yardım ayırdı

Çin Türkiyəyə 200 min dollar yardım ayırdı

Aktual

7 Fevral 2023, 11:08

Çin Qızıl Xaç Cəmiyyəti minlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra xilasetmə əməliyyatlarına dəstək üçün Türkiyə və Suriyaya hər birinə 200 min dollar göndərəcək.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.
 

“Çin Qızıl Xaç Cəmiyyəti təbii fəlakət zamanı yardım və xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyə Qızıl Aypara Cəmiyyəti və Suriya Qızıl Aypara Cəmiyyətinin hər birinə təcili humanitar yardım olaraq 200 min dollar ayırmağa qərar verib”, - deyə məlumatda bildirilir.
 

Qeyd olunur ki, Çin Qızıl Xaç Cəmiyyətinin sədri Çen Çju Türkiyə və Suriya Qızıl Aypara cəmiyyətlərinə başsağlığı məktubu göndərib.
 

“Çin Qızıl Xaç Cəmiyyəti vəziyyəti izləməyə davam edəcək və lazım gələrsə, əlavə humanitar yardım göstərəcək”, - deyə təşkilat bildirib.
 

Bazar ertəsi səhər Türkiyənin cənub-şərqində 7,4 bal gücündə zəlzələ baş verib və bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə 2921 nəfər ölüb, 16 minə yaxın insan yaralanıb. Suriyanın bir sıra bölgələrində ölənlərin sayı 700-dən, yaralananların sayı 1430-dan çoxdur.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı