Modern.az

Azərbaycanın yardımından istifadə edirik - Fuat Oktay

Azərbaycanın yardımından istifadə edirik - Fuat Oktay

Aktual

7 Fevral 2023, 12:54

Türkiyədə zəlzələ bölgələrində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. 

 

Onun sözlərinə görə, xilasetmə işlərinə digər ölkələrdən axtarış-xilasetmə işçiləri cəlb olunub:

 

"Hazırda ümumi olaraq 12 181 nəfər axtarış-xilasetmə işlərinə cəlb olunub. Onlardan 2296 nəfər xaricdən gələndir. Digər ölkələrin, o cümlədən Azərbaycanın yardımından istifadə edirik. Hər kəsə dəstək üçün təşəkkür edirik. İşçilər Hatay, Maraş, Adıyaman və digər yerlərə də cəlb olunub”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!